Azərbaycan və Qafqaz mətbəxi restoranı

«MƏKANIN UĞURU NƏDƏN ASILIDIR?

İndi o qədər çox və müxtəlif restoranlar var ki, artıq onlar ziyarətçilərini təklif etdikləri ilə heyrətləndirə bilmir. İndi ziyarətçiyə heyrəti yalnız dadlı xörəklərin müxtəlifliyi, unudulmaz dad, iştah oyadan ətir, bu və ya digər mətbəxin ənənələri ilə uğurlu uyğunluq təşkil edən məkan dizaynı və keyfiyyətli xidmətlə yaşatmaq olar. Məkanın uğuru birbaşa bu tərkib hissələrinin birbiri ilə nə dərəcədə uyğunluq təşkil etməyindən asılıdır.

«SALAM ALEYKUM» RESTORANININ MƏŞHURLUĞUNUN SİRRİ

Bu sadə həqiqəti Azərbaycan və Qafqaz mətbəxi restoranı olan «Salam Aleykum»da artıq çoxdan başa düşüblər. Burada hər bir ziyarətçini əsl kəşf gözləyir: dad və ətir ziyafəti, xörəklərin hazırlanmağında qədim kulinariya ənənələrinin saxlanılmağı, dəyişməz peşəkar qulluq, gözəl tərtibatlı masa arxasında səmimi söhbətə cəzb edən interyer.

«Salam Aleykum» ailə üçün xüsusi günlər, iş görüşləri, romantik şam yeməyi, uşaq bayramları üçün ideal məkandır. Buradakı son dərəcə gözəl və zəngin dad palitrası ilə zəngin xörəklərdən, heç olmasa, bir dəfə dadan şəhərimizin sakinləri və qonaqları istedadlı aşpazlar tərəfindən bəxş edilən kulinariya dünyasına səyahəti unutmayacaqlar. Bəs, bu sirr nədədir? Zəngin menyu, xörəklərin hazırlanmağı üçün yalnız ən təzə ərzaqlar və qədim Azərbaycan ənənələri ilə təmizlənmiş sudan istifadə, peşəkar aşpazların istedadı, zalların sirli Şərq üslubunda tərtibatı, keyfiyyətli qulluq və münasib qiymətlər - «Salam Aleykum» restoranının sirri məhz bundadır.

«Salam Aleykum»da təkrarolunmaz üslub, gözəl interyer, ən dadlı xörəklər, bayram ab-havası, xoşrəftar personal və əla qulluq özünə yaxşı yox, ən yaxşı restoran axtaran hər kəsi gözləyir. Məğrur xalqın mötəbər mədəniyyət və ənənələrinə toxunmaq xoşbəxtliyi bunun nəsib olduğu insanların xatirəsində uzun müddət qalır.

DÜNYANIN ƏN YAXŞI MƏTBƏXİ «SALAM ALEYKUM» ZİYARƏTÇİLƏRİNİN QULLUĞUNDADIR

Azərbaycan və Qafqaz mətbəxi faydalı, bir çox dünya mətbəxlərində istifadə olunan ədviyyatları daddıran, özünəxas qida hazırlamaq mədəniyyətidir. Bu mətbəx üçün “ət kultu”nun xarakterik olmağına baxmayaraq, onda müxtəlif ətsiz xörəklərin siyahısı da böyükdür.

Bu mətbəx nə uşağı, nə böyüyü, nə şirinsevəni, nə acısevəni, nə ətsevəni, nə də vegetarianı laqeyd saxlayacaq. Bu, dağlarda yaşayanların, uzunömürlülərin, zərif gözəllərin dadaraq böyüdükləri mətbəxdir. Dadanlara bu keyfiyyətləri bəxş edən isə xörəklərin hazırlanmağı üçün inqredientlərin hər zaman yalnız təzə və təbii olmağıdır. Bu əsas sirdən xəbərdar olan «Salam Aleykum» aşpazları işlərində qədim ənənələrə sadiq qalırlar.

Şərq interyerİ restoranın vİzİt kartıdır

Ziyarətçinin hansı restorana düşdüyünü bütün sözlərdən daha yaxşı nə söyləyə bilər? – Düzdür, bu, onun interyeridir. «Salam Aleykum»un Şərq üslubunda hazırlanmış interyeri ziyarətçilərində fərqli təsəvvür oyadır, onları romantik ahəngə kökləyir, sakitləşdirici təsir göstərir. Digər səbəblərlə yanaşı, həm də bu üslub sayəsində məkanda xoş atmosfer hökm sürür.

Restoranımızın dizaynerləri öz istedadlarını burada uğurla tətbiq ediblər, ona görə də məkanımız üçün kiçiklik və böyüklük, sadəlik və dəbdəbə, isti tonlar və rənglərin heyrətləndirici vəhdəti xarakterikdir. Bütün bunları görmək və hiss etmək üçün, heç olmasa, bir dəfə burada olmağa dəyər!

Aİləvİ kabİnetlər

«Salam Aleykum» yalnız səs-küylü, şən ziyafət və banket zalından ibarət deyil. Restoranımız yaxınlar və kiçik ətrafla sakit, səmimi nahar və şam yeməyi istəyinizi də nəzərə alıb. Ailə cütlükləri və sevgililərin xidmətinə onların təklikdə qalaraq, yaxın qəlblərinin birliyini hiss edə bilmələri üçün altı kabinet təklif edirik.

Demək olar, ev mühitində olan bu ailə kabinetlərində edilən nahar və şam yeməyi sayəsində cütlüklər birlikdə olduqlarından xüsusi həzz alacaqlar.

«Salam Aleykum» restoranının xüsusİyyətlərİ

«Salam Aleykum»da alkoqollu içkilərin olmamağı restoranımızın çatışmazlığı deyil, üstünlüyüdür. Bir çoxları, sözsüz, bu iddiaya heyrətlənəcək, lakin burada məhz alkoqollu içkilərin olmamağı sayəsində yaxın dostlar, qohumlar və tanışlar görüşdən xüsusi sevinclə ayrılacaqlar. Biz onların bu sevincini alkoqol sərxoşluğuna dəyişmirik. Buna görə də ziyarətçilərimizin keçirdikləri bütün emosiyalar həqiqi və səmimidir. «Salam Aleykum» halal, sağlam və dadlı qida təklif edən restorandır, çünki qonaqlarımız bizim üçün qiymətlidir.

Restoranımızda hökm sürən sehrə toxunmaq və ya onu bir daha hiss etmək istəyirsiniz? - Biz yeni və daimi qonaqlarımızı görməyə hər zaman şadıq. Sizə xeyir, sülh və dadlı qida diləyirik!

BİZİMLƏ ƏLAQƏ

Ünvan

Nəcəfgulu kücəsi 12A

Telefon

012 555 7117

012 555 1771